Dünya
Monqolustan bu ölkələrdən tələb etdi: Sərvətimizi qaytarın
Monqolustan Britaniya və digər ölkələrdən, bəzilərinin iki min il əvvələ aid olan yüzlərlə mədəni əsəri qaytarmağı tələb edir.
Publika.az yazır ki, bu barədə "Reuters" məlumat yayıb.
Monqolustan hökumətinin bəyanatında deyilir ki, əsas artefaktlar arasında Monqolustanın ilk baş nazirinin Çinin Mançu sülaləsindən müstəqilliyini elan edən məktub da var. Bu məktub hazırda Londondakı Britaniya Kitabxanasında saxlanılır.
XIII-XIV əsrlərdə bir neçə monqol hökmdarının saraylarında işləmiş dövlət xadimi Rəşid əd-Dinlə bağlı əşyalar isə Edinburq muzeyində qorunur.
Monqolustan höküməti bir çoxu Avropa muzeylərində saxlanılan mədəni və tarixi əsərlərin geri qaytarılmasını tələb edir.
Qeyd edək ki, Monqolustan mədəni sərvətlərinin qaytarılmasında müəyyən irəliləyiş əldə edib. Bu ilin əvvəlində ABŞ Monqolustandan götürülmüş dinozavr qalıqlarını, o cümlədən 70 milyon il əvvəl yaşamış Tyrannosaurus rex-in daha kiçik versiyası olan Alioramusun kəlləsini geri qaytarıb.
Ötən həftə Rusiyada keçirilən forumda Monqolustan mədəniyyət naziri Nomin Çinbat da Moskvadan bir əsr əvvəl tədqiqat və bərpa üçün Rusiyaya göndərilmiş artefaktların, o cümlədən 2000 il bundan əvvəl Xiongnu sülaləsinə aid artefaktların geri qaytarılması üçün kömək istəyib.
Cəmilə
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı