Dünya
Kürd qruplaşmaları İŞİD hücumlarını dəf elədi
İngiltərədə yerləşən Suriya İnsan Hüquqları Müşahidəçiləri Mərkəzi İŞİD yaraqlılarının dünən gecə Kobanidəki sərhəd məntəqəsini ələ keçirməyə çalışdıqlarını, ancaq kürd qruplaşmaların hücumun qarşısını aldığını bildirib.
Publika.az “CNN Türk”-ə istinadən xəbər verir ki, İŞİD yaraqlıları ərəb dilində Ayn Əl Ərəb olaraq tanınan Kobanini bir aydan çoxdur ələ keçirtməyə çalışır. Yaraqlılar ABŞ liderliyində qurulan koalisiya qüvvələrinin hava zərbələrinə və yüzlərlə döyüşçülərini itirməklərinə rəğmən, şəhəri ələ keçirtməkdə israrlıdırlar.
Suriya İnsan Hüquqları Müşahidəçiləri Mərkəzi bazar günü verdiyi açıqlamada şəhərdə son 40 gün ərzində 815 nəfərin öldüyünü və bunların yarısından çoxunun İŞİD yaraqlısı olduğunu bəyan edib. İdris Nassan adlı kürd isə İŞİD-in iki gün öncə Kobanini top atəşinə tutduğunu, amma kürd qruplarının hücumları dəf etdiyini deyib: “Təbii ki, gecə yenidən hücum edəcəklər. Dünən gecə əlavə döyüşçü qüvvə, silah-sursat gətirdilər və israrlıdırlar”.
Qabil
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO