Dünya
Radikal millətçilər Ukrayna parlamentindən kənarda qalır
Ukrayna Ali Radasına ötən bazar günü keçirilən seçkilərdə bülletenlərin 87,12 faizi sayılıb.
Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Mərkəzi Seçki Komissiyasından bildirilib.
Hazırkı nəticələrə görə, baş nazir Arseniy Yasenyukun başçılıq
etdiyi "Xalq cəbhəsi" Partiyası 22,1 faiz səslə liderdir. Sonrakı
yerləri “Pyotr Poroşenkonun Bloku” (21,7 faiz), Lvov merinin
"Qarşılıqlı yardım" Partiyası (10,92 faiz), "Müxalifət bloku" (9,42
faiz), Oleq Lyaşkonun “Radikal” Partiyası (7,48 faiz) və sabiq baş
nazir Yuliya Timoşenkonun “Batkivşina” Partiyası (5,7 faiz)
tutur.
Maydan hərəkatının əsas simalarından olan Oleq Tyaqnibokun “Azadlıq" Partiyası hazırkı nəticələrə görə 4,68 faiz səs qazanaraq parlamentə keçə bilmir.
Ali Radaya keçirilən seçkilərdə ümumilikdə 29 siyasi partiya iştirak edib. Parlamentdə təmsil olunmaq üçün 5 faizlik baryeri keçmək lazımdır.
Ömər Dağlı
-
Cənubi Qafqaz22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ
-
Magazin222:24
İki qızdan biri indi çox məşhurdur - 40 ildən sonra eyni pozada FOTO
-
Magazin121:48
Ağakərimin son vəziyyəti AÇIQLANDI - FOTO
-
Hadisə21:36
Zaqatalada dönərdən zəhərlənənlərin SAYI ARTDI - YENİLƏNDİ
-
Nida Xəbər 20:24
Vəzifədən azad edilən eks-baş nazir DANIŞDI: "Adamı əsəbiləşdirirlər"
-
Sosial19:48
Azərbaycanda faciəvi şəkildə ölən prokurorun FOTOSU
-
Magazin119:24
Aygün Bəylərin ailəsi tiktoker Ləmandan polisə şikayət etdi - FOTO
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO