Dünya
Nazarbayevin abidəsi söküldü
Qazaxıstanın Milli Muzeyində ölkənin ilk prezidenti Nursultan Nazarbayevin abidəsi sökülüb.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Mixail Kozaçkov "Telegam" kanalında məlumat verib.
Muzeyin mətbuat xidmətindən bildirilib ki, abidə “Müstəqil Qazaxıstan” zalının təmiri ilə əlaqədar götürülüb. “Abidəyə gəlincə, bu eksponat muzeyin mülkiyyətidir və zalın konseptindəki dəyişikliklərlə əlaqədar olaraq Muzey Fondunda daimi saxlanılacaq”, - mətbuat xidmətindən bildirilib.
Muzey nümayəndələri muzeyi yeniləmək planlarını bölüşüblər:
“Muzey sosial yaddaş institutu kimi dövrün aktual tələblərinə cavab verməklə cəmiyyətə xidmət etməyə borcludur. Ona görə də yaxın gələcəkdə muzeyin ekspozisiya məkanının daha da təkmilləşdirilməsi istiqamətində görüləcək işlər var. Buraya bir sıra sərgi salonlarının təmiri, binanın daxili və xarici fasadının təmiri, maddi-texniki təchizatı daxildir", - onlar deyiblər.
Qeyd edək ki, Nazarbayevin abidəsi bundan əvvəl Astanada Müdafiə Universitetinin ərazisindən də sökülmüşdü. Müdafiə Nazirliyi bildirmişdi ki, sökülmə təhsil müəssisəsinin adının dəyişdirilməsi ilə bağlıdır.
Adəm
-
İdman03:18
Avropada ən çox məvacib alan futbolçular
-
Qoroskop00:55
Günün qoroskopu: mühüm qərarları ertələməli olacaqsız
-
Sosial6 Dekabr 22:56
Baş seysmoloq yüksək zəlzələ ehtimalı olan əraziləri AÇIQLADI - VİDEO
-
Ekopublika.az6 Dekabr 22:08
Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
-
Hadisə6 Dekabr 21:43
Azərbaycanda tələbə qəfil öldü - FOTO
-
Magazin26 Dekabr 21:19
Maykl Ceksonun qızı nişanlandı - Fotolar
-
Nəqliyyat6 Dekabr 19:45
Bu avtobusun gediş haqqı 80 qəpik olacaq
-
Kriminal6 Dekabr 19:15
Bakıda liftlərdə uşaqlara əxlaqsız hərəkətlər edən manyak saxlanıldı - FOTO