Dünya
Robot cərrah xəstəni öldürdü

ABŞ-da Sandra Sulzer adlı qadın robot cərrahın keçirdiyi əməliyyatdan sonra dünyasını dəyişib.
Publika.az xəbər verir ki, o, 2021-ci ilin sentyabrında kolorektal xərçəngi aradan qaldırmaq üçün əməliyyat olunub. Prosedura robot cəlb edilib. Cihaz xəstəyə yanıq və nazik bağırsağın qopması şəklində ağır xəsarətlər yetirib.
Müdaxilədən sonra Sandra qarın ağrısı və qızdırmadan əziyyət çəkib. O, bir sıra digər tibbi prosedurlardan keçib, Bütün bunlara baxmayaraq 2022-ci ilin fevralında ölüb.
Sandranın həyat yoldaşı məhkəməyə müraciət edib. O, iddia edib ki, şirkət robot cərrahiyyəsi sahəsində təcrübəsi olmayan tibb müəssisələrinə robotlar satır və işçilərə cihazlardan istifadə qaydalarını öyrətmir.
Robot cərrahiyyə xəstələrinin daha asan və sürətli sağalmasına imkan verən prosedurları daha dəqiq və daha az invaziv etmək məqsədi daşıyır. Qeyd olunur ki, bunun ənənəvi formadan daha effektiv olub-olmaması ilə bağlı mübahisələr var.
Roza Şəfiyeva

-
İnanc19:48
Ramazanın 22-ci günü: Dua, imsak və iftar vaxtı
-
Qoroskop19:00
Aprelin bu günlərində bütün vacib iş və məclisləri təxirə salın - XƏBƏRDARLIQ
-
Cənubi Qafqaz17:45
Paşinyanın Türkiyə planı: Bu yolla sərhədin açıq qalmasına çalışacaq
-
Sağlamlıq16:45
Narkoloqdan xəbərdarlıq: Siqaret tüstüsünün tərkibində...
-
Region15:31
İranın ali dini liderindən ABŞ-a "ağır şillə"...
-
Nida Xəbər 14:40
Putin İlham Əliyevi təbrik etdi
-
Sosial13:53
Anası həmin körpədən imtina etdi - Rəsmi
-
Sosial13:00
Sabah yağış intensivləşəcək, dolu düşəcək