Dünya
Zibil qutusunda eşələnən qoca ölkənin ən qəribə milyonçusuna çevrildi - FOTO
Almaniyanın Darmştad şəhərindən olan 80 yaşlı Haynz B. kasıb qocaya bənzəyir. O, zibillikdə eşələnir, tapdığı müəyyən əşyaları həyətinə yığır.
Publika.az xəbər verir ki, keçmiş elektrik mühəndisi tək yaşayır, 3600 avro pensiya alır və yemək, geyim və istirahət də daxil olmaqla, tamamilə hər şeyə qənaət edir.
Qoca qışda zibillikdən çıxan odun tullantıları ilə evini qızdırır. Onun mobil telefonu belə yoxdur. Onun yeganə xərci “YouTube”da biznes mühazirələrinə baxmaq üçün notbuk və internetlə bağlıdır.
“Mən qənaətlə yaşayıram, belə tərbiyə almışam. Ayda yeməyə 5 avro da xərcləmirəm. İnsanlar israfçılıq edir və yeməklərin çoxunu zibil qabına atırlar. Məsələn, bir qutu kolbasa alır, birini yeyir, qalanını isə sadəcə atırlar”, - deyə Haynz bildirib.
Onu həm də “Almaniyanın ən qəribə milyonçusu” adlandırırlar. Belə ki, Haynzın biznes modeli ev almaq və kirayə verməkdən ibarətdir. Təqaüdçü deyir ki, bu, əmanətləri inflyasiyadan xilas etməyin ən yaxşı yoludur.
O, bu yaxınlaradək 700 min avro yığıb və onuncu evini alıb. Evlərin hamısı yaxınlıqda yerləşir ki, kişi onların ətrafında velosiped sürə bilsin. Qoca kirayənişinlərin bütün təmir işlərini özü edir.(Oxu.az)
-
Magazin119:36
Xatirə fəxri ad almaq istəyir? - VİDEO
-
MDB18:40
"2024-cü il çətin sınaqlar dövrünə çevrildi"
-
Magazin218:36
Hamilə ulduz uşağını kiminlə böyüdəcəyinə QƏRAR VERDİ - FOTO
-
İdman18:24
Mbappe və "Real"ın sabiq ulduzu arasında düşmənçilik var
-
Müsahibə18:00
Seulun fəxri vətəndaşı olan azərbaycanlı xanım - O, Koreya vətəndaşlığını niyə qəbul etmir?
-
Yolçu17:00
“Harri Potter”in yazıldığı məkandan REPORTAJ - FOTOLAR
-
Nida Xəbər 16:35
Həbs edilən “Plazalar kralı” görün kimin kürəkəni imiş - FOTO
-
Nəqliyyat16:00
Elektrik benzinə qalib gələ bilmir: Minimum 10 il lazımdır ki...