Təyyarənin tualetləri sıradan çıxdı: Pilotlar bu addımı atdılar
Bizi izləyin

Dünya

Təyyarənin tualetləri sıradan çıxdı: Pilotlar bu addımı atdılar

Niderlandın KLM aviaşirkətinə məxsus sərnişin təyyarəsi tualetləri xarab olduğu üçün təcili olaraq uçuş hava limanına qayıdıb.

Publika.az xəbər verir ki, bu barədə Airlive.net portalı məlumat yayıb.

Fevralın 12-də Amsterdamdan Los-Ancelesə uçan transatlantik Boeing 787-10 təyyarəsində fövqəladə vəziyyət yaranıb. Gedişdən təxminən bir saat sonra bir anda bir neçə tualet sıradan çıxıb. Əvvəlcə pilotlar geri dönmək istəsələr də, sərnişinlər onları uçuşa davam etməyə razı salıblar.

Mənbənin sözlərinə görə, bir müddət sonra 200-dən çox adamın yerləşdiyi 9 tualetdən yalnız biri işlək vəziyyətdə qalıb. Nəticədə təyyarə Qrenlandiya üzərində kursunu dəyişib və 6,5 saatlıq uçuşdan sonra Amsterdam hava limanına qayıdıb. Təyyarənin elə ertəsi gün istismara verildiyi dəqiqləşdirilir. Hadisənin səbəbləri barədə məlumat verilməyib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm