Türkiyə "pələngləri"nin İtaliya səmasındakı möhtəşəm şousu
Bizi izləyin

Dünya

Türkiyə "pələngləri"nin İtaliya səmasındakı möhtəşəm şousu

İtaliyada davam edən "NATO Tiger Meet" təlimində Türkiyəni təmsil edən 192-ci Donanma Komandanlığının F-16-ları səmada şou göstərib.

Publika.az xəbər verir ki, manevrləri ilə diqqət çəkən pələnglər, verilən tapşırıqlardakı uğurları ilə gündəmə gəlib.

Məşqdə səma kifayət qədər sıx olub. 13 ölkədən 80 müharibə təyyarəsi ilə birlikdə uçan Türkiyə bayraqlı F16-lar verilən ümumi vəzifələri yerinə yetirib.

Polkovnik Əli Yaman təlimin 2005 və 2015-ci illərdə Türkiyədə keçirildiyini xatırladıb:

"Biz buna ev sahibliyi etmişdik. Bu üzv ölkələrin təcrübələrini bir-biri ilə paylaşdığı, müxtəlif tipli təyyarələrin birlikdə işlədiyi çox əhatəli bir təlimdir".

Təlimin ilk həftəsində 670 uçuş saatı keçilib. Türkiyə Hərbi Hava Qüvvələri personalı həm əməliyyat gücü, həm də yeni doktrinaların ötürülməsi baxımından ön plana çıxıb.

Həmin görüntüləri təqdim edirik:

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm