Dünya
Kəşfiyyat məlumatları toplayan gəmiyə kiberhücum edildi
ABŞ Qırmızı dəniz və Ədən körfəzində yük gəmiləri barəsində kəşfiyyat məlumatları toplayan İran gəmisinə kiberhücum həyata keçirib.
Publika.az Trend-ə istinadən xəbər verir ki, kiberhücum İrana məxsus "MV Behshad" gəmisinə həyata keçirilib. Qeyd olunub ki, gəmi Çin hərbi bazasına yaxın məsafədə, Cibuti limanının yaxınlığında yerləşir. ABŞ rəsmiləri İranın gəmidən husilərə məlumat ötürmək üçün istifadə etdiyini iddia edir.
Qeyd edək ki, "Ənsar Allah" hərəkatı İsrail Qəzza zolağında hərbi əməliyyatı dayandırmayana qədər İsrailə hücumlar edəcəyini, eləcə də, İsrailə məxsus və ya onunla əlaqəli gəmilərin Qırmızı dəniz və Babül-Məndəb boğazından keçməsinə icazə verməyəcəyini bildirib. ABŞ və Böyük Britaniyanın silahlı qüvvələri buna cavab olaraq Yəmənə bir neçə dəfə zərbələr endirib.
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü