Dünya
İran yenə də Ermənistanın "xalası"kimi danışdı: Razı ola bilmərik ki...
Region ölkələrinin ərazi bütövlüyünə hörmət edilməlidir və bu, İranın son mövqeyidir.
Publika.az xəbər verir ki, bu sözləri İranın Ermənistandakı səfiri Mehdi Sübhani erməni mediasına açıqlamasında Tehranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin dəyişib-dəyişmədiyi sualına cavabında deyib.
“İranın yekun mövqeyi ondan ibarətdir ki, biz heç bir şəkildə ərazi dəyişikliklərinə razı ola bilmərik. İstənilən ərazi dəyişikliyi iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında baş verməlidir və bu, bizim yekun mövqeyimiz olacaqdır”, - səfir vurğulayıb.
Diplomatın sözlərinə görə, İran üçün Ermənistan ətrafında gərgin vəziyyətin müşahidə edilməsi qəbuledilməzdir:
“Biz bütün tərəfləri mümkün qədər tez isti və sülh münasibətləri qurmaqda dəstəkləyirik. Biz əminik və inanırıq ki, yeganə yol sülh münasibətləri və mehriban dialoqdur. Və bizim regionda sülhü bərqərar etmək üçün bütün tərəflərlə əlaqələrimiz və dialoqumuz var”.
-
Sosial20:25
Sabah bu rayonun bəzi əraziləri QAZSIZ QALACAQ
-
Magazin120:20
Tünzalə Ağayeva səhnədə ağladı - VİDEO
-
Sosial20:10
Reabilitasiya mərkəzinin rəhbəri HƏBS EDİLDİ
-
Yaxın Şərq19:50
Bəşər Əsədin alt paltarında FOTOLARINI YAYDILAR
-
ABŞ19:40
Tramp bitkoinçiləri TƏBRİK ETDİ: "Mənim zövqüm"
-
Banklar 18:40
AMB sədrinə yeni təyin olunan müavinlər kimlərdir? - DOSYE
-
Nida Xəbər 18:12
Həbsdə olan polkovnik-leytenantın cəzası 3 il ARTIRILDI
-
Sosial17:38
Prezidentin yüksək vəzifə verdiyi Məmmədyarov kimdir? - DOSYE