Dünya
Alimlər plastiki əvəzləmək üçün bu meyvənin qabağından istifadə etdilər
ABŞ-ın Cənubi Dakota Universitetinin tədqiqatçıları plastik qablaşdırma paketinin plyonkasını banan qabığı ilə əvəzləməyi təklif ediblər. Yeni material möhkəmliyinə görə plastikdən geri qalmır, üstəlik, torpaqda sürətlə çürüyür.
Publika.az xəbər verir ki, alimlər banan qabığından bioloji olaraq çürüməyə məruz qalan qablaşdırma paketi üçün lignosellüloz lifi almaq üçün üsul tapıblar. Dünyada istehsal və istehlak olunan böyük həcmdə bananın miqdarı nəzərə alınarsa, bu meyvədən alınan plyonka dünyada bütün plastiklərin 40 faizinə qədərini əvəz edə bilər.
Tədqiqatın müəllifləri bananın qabığını blenderdə əzərək, ondan lignoselülozu xaric etmək üçün xammalı kimyəvi şəkildə emal ediblər. Əldə olunan liflər ağardılıb, distillə edilib və əlavə kimyəvi emala məruz qalıb, bundan sonra yaranan materialdan sözügedən təbii plyonka hazırlanıb.(Trend.az)
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü