Dünya
"Türk Eskobar"ın cinayət şəbəkəsi çökdürüldü
Həbsdə olan beynəlxalq narkotacir, “Türk Eskobar” ləqəbli Ürfi Çetinkayanın rəhbərlik etdiyi cinayət şəbəkəsinə qarşı əməliyyat keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında məlumat verib.
Mərkəzi İstanbul olan 9 vilayətdə təşkil edilən “Qəfəs-44” əməliyyatında 42 nəfərin ələ keçirildiyi bildirilib.
Yerlikaya açıqlamasında əməliyyat çərçivəsində aralarında Rüstəm və Hakan Çetinkaya və İnterpol qırmızı bülleteni ilə axtarılan H.Y.N. də daxil olmaqla, 42 şübhəlinin tutulduğunu açıqlayıb.
Əməliyyatlarda çox sayda sənədsiz tapança və avtomat silah ələ keçirilib. Külli miqdarda xarici valyuta və türk lirəsi də müsadirə edilib.
Roza
-
Hadisə18:45
Sərnişinlər "28 May"da qatardan düşürüldü - Metroda nə baş verir?
-
Sosial17:38
Nazirlik 6 milyona yeni şirkət yaratdı
-
Sosial16:24
Bakıda bu köşklərin fəaliyyəti dayandırıldı - FOTO
-
Sosial15:30
Partlayış zamanı şok keçirən qadın öldü
-
Nida Xəbər 14:43
Nazir onu rəis təyin etdi - FOTO
-
Elm və təhsil13:33
Nazir direktoru vəzifəsindən azad etdi
-
İdman13:01
Bakıda Messini görmək istəyənlər bu qədər xərcə düşəcək - Bilet qiymətləri açıqlandı
-
Sosial12:10
Əli Əsədov qərar imzaladı