Dünya
İngiltərə və ABŞ-da aparılan dəhşətli araşdırma: minlərlə insan öləcək
İngiltərə və ABŞ-da aparılan araşdırmalara görə, Qəzzada atəşkəs elan edilsə belə, epidemiyalar, xəstəliklər və yaralanmalar kimi səbəblərdən avqusta qədər 11 min 580 adam həyatını itirəcək.
Publika.az xəbər verir ki, London Universitetinin Gigiyena və Tropik Təbabətlər Məktəbi və ABŞ-ın Humanitar Böhranlarda Sağlamlıq Mərkəzi Qəzzada vəziyyətin 3 fərqli ssenaridə necə dəyişəcəyini açıqlayan hesabatını dərc edib.
Hesabat atəşkəsin elan edildiyi, hazırkı hücumların eyni şəkildə davam etdiyi və hücumların intensivliyinin artdığı ssenarilərə görə hazırlanıb. Bu hesabat 7 fevral - 6 avqust 2024-cü il tarixləri arasında Qəzzada xalq sağlamlığının necə dəyişəcəyi ilə bağlı proqnozları ortaya qoyur.
Hesabatda Qəzzada atəşkəsin elan edildiyi bir mühitdə müharibənin təsirləri, yoluxucu xəstəliklər və yeni doğulanların sağlamlığına təsir edən səbəblərdən 6 min 550 adamın öləcəyi təxmin edilir. Vəziyyət belə davam edərsə, ölənlərin sayı 58 min 260-a, hücumların şiddəti artarsa, bu sayın 74 min 290-a yüksələcəyi proqnozlaşdırılıb.
Hesabatda epidemiyalarda ən çox ölümün vəba, poliomielit, qızılca və meningokok meningitindən olacağı proqnozlaşdırılıb.
Roza Şəfiyeva
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı