Dünya
Rama dəvət etdi, Ərdoğan razılaşdı: Zelenski ilə görüşəcək
Ukrayna prezidenti Vladimir Zelenski yaxın vaxtlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə bilər. Görüşdə Ukrayna münaqişəsi müzakirə olunacaq.
Publika.az xəbər verir ki, Türkiyənin “TRT World” telekanalının məlumatına görə, bunu Albaniyanın baş naziri Edi Rama deyib.
Türkiyə prezidenti Albaniya Nazirlər Kabinetinin rəhbərinin Ankaraya səfəri zamanı dəvət alıb. O, Ərdoğana yaxın günlərdə Cənub-Şərqi Avropa ölkələrinin sammiti çərçivəsində prezident Zelenski ilə yüksək səviyyəli görüşün keçiriləcəyini bildirib. Rama bildirib ki, Türkiyə lideri dəvəti qəbul edib.
Yanvarda Ərdoğan Zelenski ilə telefon danışığı zamanı Ankaranın Ukraynada sülhə nail olmaq üçün vasitəçi olmağa və Rusiya ilə sülh danışıqları aparmağa hazır olduğunu bəyan etmişdi.
Tural
-
Dünya17:35
Rusiyalı turistlərə bu ölkəyə giriş qadağan edildi
-
MDB16:36
Gürcüstandakı iğtişaşların təhrikçisi bəlli oldu - Rusiya açıqladı
-
Sosial15:32
Əli Kərimliyə bu cəza verildi
-
Maraq dünyası14:56
Bu 3 bürc 2024 bitmədən varlanacaq - Pul sel kimi gələcək
-
Nida Xəbər 13:56
Azərbaycanla sülh müqaviləsinin mətni gizlədilir: Ara qarışdı - İrəvanda nə BAŞ VERİR?
-
İdman13:24
Ulduz futbolçu yenə eşqə düşüb: Bu dəfə onu yoldan çıxaran kimdir? - FOTOLAR
-
Sosial12:28
Sabah yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - PROQNOZ
-
Yaxın Şərq11:36
Rusiya-Türkiyə müharibəsi başlayır: Qərbdən ŞOK İDDİA