Avstraliya vətəndaşlarını İsraili tərk etməyə çağırdı
Bizi izləyin

Dünya

Avstraliya vətəndaşlarını İsraili tərk etməyə çağırdı

Avstraliya hökuməti terror hücumları təhlükəsini əsas gətirərək, öz vətəndaşlarını İsraili tərk etməyə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə Avstraliyanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, İranın İsrailə pilotsuz uçan aparatlarla, raketlərlə hücumundan və bunun ardınca İsrailin İsfahandakı hərbi bazanı hədəfə götürməsindən sonra mülki insanların həyatına olan təhlükənin səviyyəsi artıb.

“Hərbi hücumlar hava məkanının bağlanmasına, uçuşların ləğv edilməsinə, təxribatlara səbəb ola bilər”, - deyə Avstraliya XİN-in məlumatında vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm