Malayziyada helikopterlər toqquşdu: 10 nəfər öldü
Bizi izləyin

Dünya

Malayziyada helikopterlər toqquşdu: 10 nəfər öldü

Malaziyanın Lumut şəhərində iki hərbi helikopter toqquşub.

Publika.az xəbər verir ki, bu barədə Malayziya Yanğın və Xilasetmə Xidməti məlumat yayıb.

Hadisə ölkənin Kral Dəniz Qüvvələrinin 90 illiyi ilə bağlı hava paradından əvvəl təlim uçuşu zamanı baş verib.

Qəza nəticəsində 10 nəfər ölüb.

Məlumata görə, yanaşı uçan helikopterlərdən biri digərinin pərvanəsinə ilişib. Helikopterlərdən biri idman stadionunun pilləkənlərinə, digəri isə stadiondakı hovuza düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm