Dünya
Misir məhkəməsi Xeops ehramından oğurluq edənləri cəzalandırdı
Misirin Qiza şəhərinin məhkəməsi Xeops ehramından tarixi əşyaların oğurluğunda ittiham olunanlarla bağlı məhkəmə prosesini başa çatdırıb.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, məhkəmə Almaniyanın 3 vətəndaşı və 6 misirlinin hər birini beş il azadlıqdan məhrum edib.
Ancaq məhkəmə Almaniya vətəndaşlarının iştirakı olmadan keçirildiyi üçün onlar barəsində qiyabi hökm çıxarılıb.
Qeyd edək ki, Xeops ehramından tarixi əşyaların oğurluğu ilə bağlı cinayət işi 2013-cü ildə qaldırılıb. İstintaqın versiyasına görə, Almaniyanın üç vətəndaşı Xeops ehramından firon Xeopsun adının həkk olunduğu əşyaları oğurlayıb. Cinayət məsuliyyətinə həmçinin Misirin Qədim Əşyalar Nazirliyinin üç əməkdaşı, Ehram və Turizm Agentliyinin iki nümayəndəsi cəlb olunub.
2013-cü ilin avqustunda Misir hakimiyyəti elan edib ki, oğurlanan əşyalar yerinə qaytarılıb.
Almaniya vətəndaşları isə ittihamların tamamilə əsassız olduğunu bildirib.
Ömər Dağlı
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO