Tailandın XİN başçısı istefa verdi
Bizi izləyin

Dünya

Tailandın XİN başçısı istefa verdi

Tailandın xarici işlər naziri Panpri Phitthanukon kabinetdə baş verən dəyişikliklərdən sonra istefa verib.

Publika.az xəbər verir ki, Phitthanukon istefa qərarının hökumətin kadr dəyişikliyi ilə bağlı olmadığını deyib.

“Hesab edirəm ki, Baş nazirin müavini vəzifəsindən uzaqlaşdırılmağımın heç bir nailiyyətimin olmaması ilə əlaqəsi yoxdur, çünki mən beynəlxalq münasibətlər və beynəlxalq iqtisadiyyat sahəsində çalışmışam. Ümid edirəm ki, Nazirlər Kabinetinin bu dəyişiklikləri ölkənin idarəçiliyini təkmilləşdirməyə, milli maraqların qorunmasında səmərəliliyi və şəffaflığı artırmağa kömək edəcək. Mənə bu hökumətlə işləmək imkanı verdiyinə görə Baş nazirə təşəkkür etmək istərdim”, - deyə onun istefa ərizəsində yazılıb.

Phitthanukon 2023-cü il sentyabrın 2-dən Tailand Xarici İşlər Nazirliyinə rəhbərlik edib.

Qeyd edək ki, Tailand Kralı hökumətdə məsul vəzifələrdə bir sıra dəyişikliklər edib. Həm də Baş nazirin müavini olan Panpri Phitthanukon bu vəzifədən uzaqlaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm