Mask Pekində onunla görüşdü
Bizi izləyin

Dünya

Mask Pekində onunla görüşdü

Amerikalı milyarder və ixtiraçı İlon Mask Pekində Çinin baş naziri Li Qian ilə görüşüb.

Publika.az xəbər verir ki, bu barədə CCTV məlumat yayıb.

Qeyd olunur ki, Li Qian görüş zamanı ABŞ-ın Çinlə qarşılıqlı faydalı əməkdaşlığa sadiq qalacağına ümid etdiyini bildirib.

O, həmçinin elektrik avtomobil istehsalçısı “Tesla”nın Çindəki fəaliyyətini iqtisadi əməkdaşlığın uğurlu nümunəsi adlandırıb.

Xatırladaq ki, Maskın səfərindən bir müddət əvvəl ABŞ dövlət katibi Antoni Blinken Çinə səfər etmiş və vətənə qayıdarkən Pekini ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etmək cəhdində ittiham etmişdi.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm