Bu ölkə qovrulur: Bir həftə ərzində 10 nəfər ölüb
Bizi izləyin

Dünya

Bu ölkə qovrulur: Bir həftə ərzində 10 nəfər ölüb

Banqladeşdə həddindən artıq istilər səbəbindən bir həftə ərzində 10 nəfərin öldüyü açıqlanıb.

Publika.az xəbər verir ki, Cənubi Asiya ölkəsi Banqladeş həddindən artıq istilərlə mübarizə aparır. Ölkə ərazisində son 24 saat ərzində qızmar istilər səbəbindən daha 3 nəfər həyatını itirib.

Səhiyyə rəsmiləri 5 nəfərin gün vurması səbəbindən xəstəxanada müalicə olunduğunu bildirib. Həddindən artıq istidən boğulan banqladeşlilər hovuzlara atılaraq sərinləməyə çalışıblar.

Ölkədə həddindən artıq istilər səbəbindən cümə axşamına qədər təhsil dayandırılıb.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm