Külək istiqaməti dəyişdi, paraşütçü qayalara çırpıldı
Bizi izləyin

Dünya

Külək istiqaməti dəyişdi, paraşütçü qayalara çırpıldı

Türkiyənin Şırnak rayonunun Güçlükonak səmtində yamac paraşütü ilə uçan paraşütçü əks küləyə yaxalanaraq qayaların üzərinə yıxılıb. Qorxunc anlar saniyə-saniyə qeydə alınıb.

Publika.az xəbər verir ki, Güçlükonak İlçe Qubernatorluğu tərəfindən rayonda təşkil edilən və dünən başlayan Güçlükonak Təbiət, Mədəniyyət və Su İdmanları Festivalının ikinci günündə yamac paraşütü tədbiri keçirilib.

Şırnak-Güçlükonak yolunun 25-ci kilometrliyində keçirilən tədbirdə ərazidən havaya qalxan paraşütçü R.U.A. bir müddət sonra əks külək nəticəsində qayalara yıxılaraq yaralanıb.

Hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən ilk yardım edilən paraşütçü xəstəxanaya aparılaraq müalicə altına alınıb. Paraşütçünün səhhətinin yaxşı olduğu və bədəninin müxtəlif yerlərində sınıqların olduğu öyrənilib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm