Tarixi Osmanlı körpüsü təmir edildi: Kərkükü Bağdada bağlayır
Bizi izləyin

Dünya

Tarixi Osmanlı körpüsü təmir edildi: Kərkükü Bağdada bağlayır

İraqın Kərkük şəhərinin Dakuk rayonunda yerləşən və 1883-cü ildə tikintisi başa çatan tarixi Osmanlı körpüsü təmir edilib.

Publika.az xəbər verir ki, keçmişdə “Kərkükü Bağdada bağlayan körpü” kimi tanınan daş körpü qış aylarında Dakuk çayının səviyyəsinin artması nəticəsində mənfi təsirə məruz qalıb.

Kərkük valisi Rakan Səid əl-Cubburi Dakuk axını üzərindəki tarixi Osmanlı körpüsünün təmirinin başa çatdığını bildirib.

Cubburi Kərkük Karayolları Müdirliyinin nəzarəti və Kərkük valiliyinin ayırdığı büdcə ilə aparılan təmir işlərində körpünün təməlinin möhkəmləndirildiyini və betonlama işlərinin aparıldığını bildirib.

Kərküklü tarixçi və araşdırmaçı Kevseroğlu bu memarlıq quruluşunun inşasında dövrünün tanınmış inşaat ustalarının iştirak etdiyini bildirib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm