Keniyada daşqın nəticəsində ölənlərin sayı artdı
Bizi izləyin

Dünya

Keniyada daşqın nəticəsində ölənlərin sayı artdı

Keniyada aprel ayında güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 179 nəfər ölüb, daha 90 nəfər itkin düşüb.

Publika.az xəbər verir ki, bu barədə hökumət sözçüsü İsaak Maiqua Mvaura bildirib.

“Dünən (30 aprel - red) davam edən daşqınlar daha 10 nəfərin ölümünə səbəb olub, bununla da ölkədə daşqın qurbanlarının sayı 179-a çatıb. Daha 20 nəfər itkin düşüb, bununla da ölkə üzrə itkin düşənlərin ümumi sayı 90 nəfərə çatıb”, - o sosial şəbəkədə yazıb.

Mvauranın sözlərinə görə, əlavə olaraq 125 nəfər daşqınlardan bu və ya digər şəkildə zərər çəkib. Həmçinin, 185 min Keniyalı evlərini tərk edərək təhlükəsiz yerlərə sığınmaq məcburiyyətində qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm