“Coca Cola” və “PepsiCo” - Dünyanı ən çox bu iki şirkət çirkləndirirmiş
Bizi izləyin

Dünya

“Coca Cola” və “PepsiCo” - Dünyanı ən çox bu iki şirkət çirkləndirirmiş

Kanadalı tədqiqatçılar belə qənaətə gəliblər ki, dünyada ən çox plastik çirklənməsinə səbəb olan məşhur brendlər “Coca Cola” və “PepsiCo”dur.

Publika.az xəbər verir ki, Kanadanın “Dalhousie” Universitetinin tədqiqatçıları dünyada ən çox plastik çirklənməsinə səbəb olan markaları araşdırıblar.

“Science Advances” jurnalında dərc olunan araşdırma 2018-2022-ci illər arasında 84 ölkədən plastik çirklənmə yoxlamaları və məlumatlardan istifadə etməklə hazırlanıb.

Araşdırmada mənbəsi müəyyən edilən tullantıların yüzdə 11-nə “Coca Cola” və yüzdə 5-nə isə “PepsiCo” tullantılarının səbəb olduğu bildirilib. Digər qlobal brendlərdən isə 3 faizlə “Nestle” və 2 faizlə “Danone” brendləri plastik çirklənməyə səbəbdir.

Bu şirkətlər müəyyən edilmiş tullantıların demək olar ki, 25%-ni təşkil edir.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm