Millət vəkilini döydülər
Bizi izləyin

Dünya

Millət vəkilini döydülər

Almaniyada baş nazir Olaf Şoltsun Sosial Demokratlar (SPD) partiyasından olan Avropa Parlamentinin üzvü, 41 yaşlı Matias Ekke Drezdendə 4 nəfərin hücumuna məruz qalıb.

Publika.az xəbər verir ki, bu barədə partiya məlumat yayıb.

Bildirilib ki, ağır yaralanan və əməliyyat olunan Ekkenin vəziyyəti artıq yaxşılaşıb. O, Avropa Parlamenti seçkilərinə hazırlaşan və Almaniyada hücuma məruz qalan siyasətçilərdən biridir.

Essendə seçki kampaniyası aparan "Yaşıllar"ın iki deputatına da hücum cəhdi edilib. Almaniya mediası ifrat sağçı qrupların Drezden və paytaxt Berlində Ekkeyə edilən hücumu pisləyən etiraz aksiyası keçirəcəklərini açıqlayıb.

Almaniyanın daxili işlər naziri Nensi Faeserin də siyasətçilərə qarşı zorakılıq problemini həll etmək üçün xüsusi konfrans keçirəcəyi gözlənilir.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm