NATO-nun Ukrayna ilə bağlı verəcəyi qərar sızdırıldı: Yerdə çəkmə olmamalıdır
Bizi izləyin

Dünya

NATO-nun Ukrayna ilə bağlı verəcəyi qərar sızdırıldı: Yerdə çəkmə olmamalıdır

NATO-nun iyulda keçiriləcək sammitində Ukrayna münaqişəsinə birbaşa müdaxilədən imtina barədə bəyannamə təsdiq oluna bilər.

Publika.az xəbər verir ki, bu barədə İtaliyanın “Corriere della Sera” qəzeti sənəd layihəsinə istinadən yazıb. Şimali Atlantika Alyansının sammitində təsdiqlənəcək sənəd layihəsində “yerdə heç bir çəkmə olmamalıdır” ifadəsinin yer aldığı bildirilir.

“Görüş iyulun 9-dan 11-dək Vaşinqtonda baş tutacaq. Söhbət Ukraynadan gedir, NATO öz ordusunu döyüşə göndərməyəcək”, - qəzet qeyd edib.

Nəşr əlavə edib ki, sammitdə digər məsələlərlə yanaşı, Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupuna sədrliyi NATO-nun Brüsseldəki mənzil-qərargahına keçirməyi planlaşdırırlar.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm