Qərb imtina etdi, amma BMT təbrik edəcək
Bizi izləyin

Dünya

Qərb imtina etdi, amma BMT təbrik edəcək

BMT-nin baş katibi Antonio Quterreş Rusiya prezidenti Vladimir Putinə təbrik məktubu göndərəcək.

Publika.az xəbər verir ki, bu barədə BMT-nin baş sözçüsü Stefan Düjarrik brifinqdə bildirib.

"Təbrik məktubu seçkilərdə qalib gələn hər dəfə dövlət başçısına göndərilir. Baş katib Putinə də məktub göndərəcək", - deyə Düjarrik bildirib.

Xatırladaq ki, Putinin andiçmə mərasimi mayın 7-də Kremlin Böyük Sarayında baş tutub. O, növbəti altı ildə, artıq 5-ci müddətə bu vəzifəni icra edəcək.

Maraqlıdır ki, Kreml Qərb ölkələrinin səfirlərinə və digər diplomatik nümayəndələrə Rusiya prezidentinin andiçmə mərasimində iştirak üçün dəvət göndərsə də, onlar bundan imtina ediblər.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm