Şimali Makedoniyada ilk dəfə qadın prezident seçildi
Bizi izləyin

Dünya

Şimali Makedoniyada ilk dəfə qadın prezident seçildi

Şimali Makedoniyada ölkənin aparıcı müxalifət partiyası olan “Daxili Makedoniya İnqilab Təşkilatı – Makedoniya Milli Birliyinin Demokrati Partiyası”nın namizədi Qordana Silyanovska-Davkova mayın 8-də keçirilmiş prezident seçkilərinin ikinci turunda qalib gəlib.

Publika.az xəbər verir ki, o, səslərin 99,75 %-ni emalından sonra 65,14 %-lə öndədir.

Beləliklə, ölkə tarixində ilk dəfə qadın prezident seçilib.

Qordana Silyanovska-Davkova artıq mətbuat konfransı keçirib. O, seçicilərə dəstəyə görə təşəkkür edib və “bu andan etibarən respublikanın bütün vətəndaşlarının prezidenti kimi” çıxış edəcəyini bəyan edib.

Xatırladaq ki, Balkan ölkəsində parlament seçkilərində də müxalifət öndədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm