Qərb öncə Rusiyanın bu şəhərini tutacaq: ABŞ-dan şok iddia
Bizi izləyin

Dünya

Qərb öncə Rusiyanın bu şəhərini tutacaq: ABŞ-dan şok iddia

NATO-nun Avropadakı keçmiş komandanı Ceyms Stavridis Qərblə Rusiya arasında qarşıdurma baş verəcəyi təqdirdə zərərsizləşdirilməli olan şəhərin adını çəkib.

Publika.az xəbər verir ki, Ceyms bu barədə “Bloomberg”ə yazdığı məqalədə bildirib.

O, Rusiyanın Baltik dənizi donanmasının böyük hissəsinin Kalininqrad şəhərində yerləşdiyinə diqqət çəkib. Bundan əlavə, Stavridis qeyd edib ki, Kalininqradda Rusiyanın əhəmiyyətli hərbi hava qüvvələri, raket qüvvələri var və orada taktiki nüvə silahları da ola bilər.

"Müharibə baş verərsə, Kalininqrad zərərsizləşdirilməlidir", - alyansın keçmiş baş komandanı yazıb.

Stavridis izah edib ki, NATO Kalininqradı neytrallaşdırmağa çalışacaq ki, Rusiya Litva və Polşa sərhədindəki Suvalki dəhlizinə nəzarət edə bilməsin. Onun sözlərinə görə, bu, Baltikyanı ölkələri Aİ-nin qalan dövlətləri ilə birləşdirən strateji dəhlizdir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm