Avropa şirkətləri Çindən üz döndərir - Bu səbəbə görə
Bizi izləyin

Dünya

Avropa şirkətləri Çindən üz döndərir - Bu səbəbə görə

Getdikcə daha az Avropa şirkəti Çində öz bizneslərinin inkişafına sərmayə qoymaq istəyir.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” Avropa Ticarət Palatasının araşdırmasına istinadən yazıb.

2024-cü ildə sorğu iştirakçıları Çində biznes qurmaq perspektivlərini son 20 ildə ən aşağı səviyyədə qiymətləndiriblər. Respondentlərin dörddə biri cari artım potensialı ilə bağlı bədbinlik hissi ifadə edib, demək olar ki, yarısı (44%) isə gələcək perspektivlərə inanmadıqlarını bildirib.

Hazırda Avropa firmalarının yalnız 13%-i Çini əsas investisiya məkanı hesab edir. Hətta pandemiya dövründə də bu rəqəm daha yüksək olub: 2020-ci ildə - 19%, 2021-ci ildə - 27%.

"Çin hökuməti tez-tez biznes mühitini yaxşılaşdırmaq niyyətində olduğunu bildirsə də, indi investorların inamını bərpa etmək üçün konkret tədbirlər görməliyik", - deyə palata prezidenti Yens Eskelund qeyd edib.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm