Dünya
Ukrayna Moskvaya xəbərdarlıq etdi
“Ukrayna Donbas hövzəsi üzərində nəzarətini hərbi olmayan vasitələrlə bərpa etmək niyyətindədir”.
Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Ukrayna xarici işlər naziri Pavel Klimkin Almaniyanın “Rheinische Post” nəşrinə müsahibəsində deyib.
“Hərbi əməliyyatlar dinc əhaliyə, Ukraynanın vətəndaşlarına zərər verəcək. Bu onlar üçün olduqca ağır olardı”, - deyə ukraynalı nazir bildirib.
P.Klimkinin sözlərinə görə, münaqişə zonasında barışığın pozulmasına baxmayaraq, Ukrayna hakimiyyəti Minsk razılıqlarına tərəfdar olmaqda davam edir. Nazir müsahibəsində həmçinin bildirib ki, Ukrayna Krımın qaytarılması üçün siyasi və hüquqi vasitələrlə mübarizəsini davam etdirəcək.
Qeyd edək ki, Ukraynanın şərqində hərbi əməliyyatlar 2014-cü ilin aprelində başlanıb. Separatçılar Donetsk və Luqansk vilayətlərinin bir hissəsi üzərində nəzarətini bərpa edərək “xalq respublikaları” adlı qondarma qurumlar yaradıb. Kiyev iddia edir ki, Rusiya separatçılara hərbi texnika və canlı qüvvə dəstəyi verir. Moskva isə bu iddiaları rədd edir.
Sentyabrın 5-də tərəflər arasında Minskdə barışıq əldə olunsa da, atəşkəs mütəmadi pozulur.
Ömər Dağlı
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...