Okeandan 89 miqrantın cəsədi çıxarıldı
Bizi izləyin

Dünya

Okeandan 89 miqrantın cəsədi çıxarıldı

Mavritaniya Sahil Mühafizə Xidmətinin əməkdaşları Atlantik okeanında batmış qayıqdan 89 miqrantın cəsədini çıxarıblar.

Publika.az xəbər verir ki, xilasetmə əməliyyatı zamanı 5 yaşlı qız da daxil olmaqla, 9 nəfər xilas edilib, onlarla insan itkin düşüb.

Sağ qalanların dediyinə görə, ənənəvi balıqçı qayığı olan kiçik gəmi keçən həftə göyərtəsində 170 nəfərlə Seneqal-Qambiya sərhəd bölgəsindən yola düşüb və Mavritaniyanın cənub-qərb sahillərində batıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm