MKİ və "Mossad" aylardır bu oteldədir: Tam məxfi şəraitdə hansı danışıqlar aparılır?
Bizi izləyin

Dünya

MKİ və "Mossad" aylardır bu oteldədir: Tam məxfi şəraitdə hansı danışıqlar aparılır?

Yaxın Şərqdə böyük müharibənin addımları yaxınlaşdıqca, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) və Mossad agentlərinin aylardır Parisdə bir oteldə gizli görüşdüyü üzə çıxıb. “The Peninsula Paris Hotel”də fövqəladə təhlükəsizlik tədbirləri altında həm İsrail-Fələstin, həm də Rusiya-Ukrayna müharibələri ilə bağlı sülh danışıqları aparılır.

Publika.az xəbər verir ki, bu barədə qlobal kəşfiyyat saytı “İntelligence Online” (IO) tərəfindən məlumat verilib.

Bildirilir ki, Parisin tam mərkəzində Zəfər tağı və Eyfel qülləsinin yaxınlığında yerləşən 5 ulduzlu oteldə son 9 ayda yüksək təhlükəsizlik tədbirləri görülür.

Kleber bulvarında yerləşən "The Peninsula Paris Hotel"in İsrail- Fələstin və Rusiya-Ukrayna müharibəsi üçün kritik əhəmiyyət daşıdığı iddia edilir. Bu oteldə mülki şəxslərin girişi son 6 aydır məhdudlaşdırılıb. Oteldə təhlükəsizlik tədbirləri zənciri şəhərin simvollarından sayılan Zəfər tağına çatıb. Hər ayın müəyyən günlərində antiterror polisi, Fransa ordusunun xüsusi təyinatlı hərbi hissələri və zirehli texnika abidənin ətrafında keşik çəkir. Niyə belə sıx və sərt təhlükəsizlik tədbirlərinin görülməsi isə maraq doğurur.

Bu sualın cavabı son 9 aydır otelə gələn qonaqlarda gizlənir. Fransa Xarici Kəşfiyyat Xidməti DGSE-nin direktoru Nikolas Lerner, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns, "Mossad"ın direktoru David Barnea və Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin eyni vaxtda oteldə qalırlar.

Yüksək səviyyəli şəxslər oteldə baş verən çarpaz diplomatiyanı müşayiət etməklə yanaşı, kəşfiyyat məlumatlarının mübadiləsini və strateji planlaşdırmanı da həyata keçirirlər.

Otelin sahibi Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman əl-Tani olsa da, dəbdəbəli məkanda heç bir Qətər rəsmisinin qalmasına icazə verilmir.

Daha əvvəl dünyanın ən qədim coğrafi elm cəmiyyəti olan otelin kəşfiyyat idarəçiləri tərəfindən pərdə arxasında aparılan sülh danışıqları üçün seçilməsinin praktiki səbəbləri də var. Oteldən hava limanına nəqliyyat kifayət qədər qısadır və geniş yollar sayəsində adekvat təhlükəsizlik tədbirləri görülə bilər.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm