Tornado fəlakəti: 5 ölü, 88 yaralı var
Bizi izləyin

Dünya

Tornado fəlakəti: 5 ölü, 88 yaralı var

Çinin şərqindəki Şandun əyalətinin Heze şəhərində təsirli olan qasırğa 5 nəfərin ölümünə səbəb olub, 88 isə nəfər yaralanıb.

Publika.az xəbər verir ki bu barədə, Heze Fövqəladə İdarəetmə Bürosu məlumat yayıb.

Bildirilib ki, şəhərin bəzi yerlərində tornadolar müşahidə edilib.

Qasırğa 2820 evə ziyan vurub. Təxminən 60 min hektar əkin sahəsinə də ziyan dəyib.

Şəhərdə bir çox yol, eləcə də su və elektrik xətləri zədələnib.

Hazırda bölgədə axtarış-xilasetmə və təmir işlərinə başlanılıb. Əhalinin təxliyəsi davam etdirilir.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm