Dünya
Saakaşvilinin videooperatoru sorğu-sual edilir
Gürcüstan Baş Prokurorluğu 2008-ci ilin avqustunda Cənubi Osetiyada hərbi münaqişə ilə bağlı qaldırılan cinayət işi üzrə sabiq prezident Mixail Saakaşvili şəxsi videooperatoru Tamaz Şavşişvilini sorğu-sual edir.
Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bu barədə Saakaşvilinin vəkili Otar Kaxidze bildirib.
Vəkil əlavə edib ki, keçmiş prezidentin videooperatorunun dindirməsi gözlənilməz olub: “Gürcüstan Baş Prokurorluğu 2008-ci il avqust müharibəsində günahkarları gürcü tərəfində axtarır. Çünki hazırkı hökumət bu müharibənin başlanmasında əvvəlki hakimiyyəti ittiham edir”.
Xatırladaq ki, 2008-ci ilin avqustunda Gürcüstan ordusu və
Cənubi Osetiya separatçıları arasında intensiv atışmalardan sonra
Saakaşvili atəşkəs elan edib. Ancaq bir neçə saat sonra rəsmi
Tiflis Tsxinvalinin gürcü kəndlərində atəşkəsə əməl etmədiyini əsas
gətirib və Tsxinvaliyə qurudan və havadan zərbələr endirməyə
başlayıb.
Ömər Dağlı
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial4 May 17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial4 May 17:27
İsa Qəmbər yenidən başqan seçildi