Dünya
Bəşir Atalayın köməkçisindən sərhədlərin açılması ilə bağlı AÇIQLAMA – ÖZƏL
Türkiyə baş nazirinin müavini Bəşir Atalayın köməkçisi Tasir Akçı noyabrın 22-də Ankara Universitetində Hrant Dink Fondunun təşkilatçılığı ilə keçirilən "Möhürlü Qapı: Türkiyə-Ermənistan sərhədlərinin gələcəyi" adlı konfransla bağlı məsələyə münasibət bildirib.
Türkiyə hökumətinin rəsmisi Publika.az-a eksklüziv açıqlamasında deyib ki, bu cür tədbirlərin keçirilməsi Türkiyənin sərhədlərlə bağlı siyasətinə təsir edə bilməz.
Onun sözlərinə görə, Türkiyədə mütəmadi olaraq bu cür tədbirlər təşkil olunur: “Ankara Universitetində təşkil olunan həmin tədbirdən məlumatlı deyilik. Yəni, bu Türkiyə gündəmində hər hansı əhəmiyyət kəsməyən hadisədir. Ona görə də həmin tədbir Türkiyə mediasında geniş işıqlandırılmayıb”.
T.Akçı həmin tədbirdə AKP-dən hər hansı şəxsin iştirak edib-etməməsi məsələsinə də toxunub: “Düşünmürəm ki, bu tədbirdə AKP-dən kimsə iştirak etsin. Əgər kimsə iştirak etsəydi, bizim də məlumatımız olardı. Amma bu barədə heç bir məlumata malik deyilik”.
Xatırladaq ki, erməni fondunun təşkil etdiyi sözügedən konfransda Hrant Dink Fondunun rəhbəri Rakel Dink, əməkdaşı Cengiz Aktar, Ankara Universitetinin Siyasi Məlumatlar Fakültəsinin İqtisadiyyat Bölməsinin başçısı Onur Özsoy və Miççiqan Universitetinin nümayəndəsi Gerard J. Libaridianın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
Vasif Həsənli
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO