Uzunmüddətli nüvə qarşıdurmasına hazırıq - Şimali Koreya
Bizi izləyin

Dünya

Uzunmüddətli nüvə qarşıdurmasına hazırıq - Şimali Koreya

Şimali Koreya ABŞ ilə uzunmüddətli nüvə qarşıdurmasına hazırlaşmaq üçün tədbirlər görməyə davam edəcək.

Publika.az xəbər verir ki, bu, Koreya Xalq Demokratik Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilib ki, ABŞ və onun müttəfiqlərinin nüvə müharibəsi ideyalarına meyilli olması səbəbindən Koreya yarımadasında təhlükəsizlik vəziyyəti getdikcə gərginləşir.

Nazirlik, ABŞ ilə uzunmüddətli nüvə qarşıdurması üçün konkret addımlar atacaqlarını vurğulayıb.

ABŞ və Cənubi Koreya son dövrlərdə nüvə planlaşdırma üzrə simulyasiya təlimləri keçirib. Pxenyan bu təlimlərin KXDR-ə qarşı hərbi təhdidlərin artması məqsədini güddüyünü hesab edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm