104 gün istirahətsiz işləyən 30 yaşlı kişi öldü
Bizi izləyin

Dünya

104 gün istirahətsiz işləyən 30 yaşlı kişi öldü

Çində istirahət etmədən 104 gün işləyən 30 yaşlı kişi ölüb.

Publika.az xəbər verir ki, bu barədə "South China Morning Post" yazıb.

Qəzet bildirir ki, həmin şəxs 2023-cü ilin fevralından may ayına kimi həftənin yeddi günü işləyib. Yalnız mayın 25-də xəstəlik səbəbindən bir gün istirahət edib və bütün gününü yataqda keçirib. Mayın 28-də o, ağciyər infeksiyası və tənəffüs çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib və iyunun 1-də isə dünyasını dəyişib.

Rəsmilər onun ölümünün iş vaxtının artıq olmasının nəticəsi sayıla bilməyəcəyini iddia ediblər. Lakin məhkəmənin qərarı fərqli olub. Belə ki, məhkəmə şirkətin işçinin ölümünə görə 20% məsuliyyət daşıdığını elan edib. Bu cür iş rejimi qanuni olmadığı üçün şirkətin ailəyə təzminat ödəməsinə qərar verilib.

Ləman

Oxumağa davam et
Reklam
Reklam

Gündəm