Dünya
Azərbaycanda “Yehova şahidləri” necə təşkilatlanır - Təfərrüat
Azərbaycanda “Yehova şahidləri” icmasının üzvləri fəallaşmaqdadır. Xristianlığın protestant qoluna aid olan və özlərini məsihçilər sayan bu sekta üzvləri gizli şəkildə təşkilatlanırlar.
Axar.az-a icmaya yaxın çevrədən daxil olan xəbərlərə görə, uzun illərdir Azərbaycanda “Yehova şahidləri”nin təşkilatlanması üçün təbliğat aparılır. Bu təbliğatın nəticəsi o yerə çatıb ki, hətta ölkənin mühafizəkar, şiə təriqətli cənub bölgəsinə də ayaq açıb.
Məlumatlarda yer alan mühüm detal ondan ibarətdir ki, Lənkəranda “Yehova şahidləri”nin sayı gizli şəkildə çoxalır. Onların əksəriyyəti vaxtilə şiə inanclı olublar. Mənbə qeyd edir ki, Lənkəranda icma üzvləri evlərə gedərək təbliğat aparır, kitablar paylayırlar.
Qaynağımızın sözlərinə görə, sektanın Azərbaycan icmasının üzvləri ayda bir və ya iki ayda bir Gürcüstana dəvət olunurlar. Gürcüstanda “Yehova şahidləri”nin Cənubi Qafqaz üzrə mərkəzi qərargahı yerləşir.
Redaksiyamıza gələn məlumatda deyilir ki, bir müddət əvvəl Lənkərandan Tiflisə gedənlər olub və onlar növbəti dəfə sektanın yığıncağında iştirak ediblər. Onların yol xərclərini də sektanın “gizli əlləri” ödəyib. Mənbə bildirir ki, bu icma üzvlərinin böyük qismi həm dini, həm dünyəvi cəhətdən mütaliəsiz, ali savadı olmayan şəxslərdir.
“Onların bəzilərinə hər ay pul verilir. Ancaq elələri var ki, hipnoz olunub və inandırılıb. Belələri səmimi şəkildə inandığı üçün təmənnasız olaraq sektaya xidmət edirlər. Onların tez-tez Gürcüstana yığıncaqlara dəvət olunması üzvlərə verilən tapşırılar və hesabatlarla bağlıdır.
Bu şəxslər fasiləsiz olaraq iradəsi zəif adamlara nüfuz edirlər, onların yaxın dostuna çevrilirlər və tələsmədən təbliğata başlayırlar. Yehova şahidlərinə böyük bir zaman verilib ki, başqalarını da inandırsınlar,” -mənbə qeyd edir.
Onun sözlərinə görə, təkcə Lənkəranda deyil, Gəncə, Bakı,
Sumqayıt və başqa şəhərlərdə də “Yehova şahidləri” var. Bəzi
iddialara görə, Tiflisdə sekta rəhbərliyində təmsil olunanlar
arasında erməni əsilli Gürcüstan vətəndaşları da var. Onlar
ölümsüzlüyə inanırlar, ruhun varlığını inkar edirlər, evlənməyə
qarşı çıxırlar. Rəsmi rəqəmlərə görə, dünyada onların sayı 8
milyonu keçib. Azərbaycanda isə 1500 nəfərə yaxın olduqları
deyilir.
“Yehovanın şahidləri” 1931-ci ilə, müasir adı qəbul olunana qədər
"Müqəddəs Kitab tədqiqatçıları" adlanırdı. Onlar bu adı Müqəddəs
Kitabdan, Yeşaya peyğəmbərin kitabından götürüblər. “Yehovanın
şahidləri”nin tarixi XIX əsrin 70-ci illərində Amerika Birləşmiş
Ştatlarında Çarlz Teyz Rassel tərəfindən əsası qoyulan "Müqəddəs
Kitab tədqiqatçıları" (Bible Students) hərəkatından başlayır.
-
Hadisə01:00
Yanğın nəticəsində xəsarət alan var? - İcra başçısı açıqladı
-
Hadisə00:36
"Ağ çiçəyim"də yanğının yayılmasının qarşısı alındı - FOTO/VİDEO/ YENİLƏNDİ
-
Qoroskop00:30
Günün qoroskopu: yaşamınızda yeni intriqa peyda olacaq
-
Nəqliyyat00:20
Yanğınla bağlı daha bir yol bağlandı - YENİLƏNDİ
-
Dünya15 May 23:15
71 yaşlı yazıçı dindirildi: Baş naziri buna görə güllələyibmiş... - VİDEO
-
Magazin115 May 23:03
Vasif Məhərrəmli plastik əməliyyatla üzünü DƏYİŞDİRDİ - FOTO
-
Dünya15 May 21:25
Baş naziri güllələyən yazıçının oğlundan ETİRAF
-
Magazin115 May 20:05
Çingiz Mustafayevin toyu olacaq