Dünya
Çin xəbərdarlıq etmişdi, Yaponiya qarşı çıxdı: ilk dəfə bu addımı atdı
Çin hərbi gəmiləri və təyyarələrinin öz dəniz və hava məkanına artan saylarının artması fonunda Yaponiya ilk dəfə olaraq özünümüdafiə qüvvələrinə məxsus gəmini Tayvan boğazından keçirib.
Publika.az xəbər verir ki, bu barədə "Kyodo News" məlumat yayıb.
Avstraliya və Yeni Zelandiya hərbi gəmiləri ilə birlikdə eskadronun bir hissəsi olan Yapon esminesi Sazanami çərşənbə günü Çin və Tayvan arasındakı dar su yolundan Cənubi Çin dənizinə keçib.
Tayvanı öz əyaləti hesab edən və Tayvan Boğazı üzərində yeganə nəzarəti əldə etmək istəyən Çin xarici hərbi gəmilərin bu su yolu ilə tranzitini sərt şəkildə tənqid edir, onları təxribat adlandırır.
Rəsmi Pekinin mənfi reaksiyası və iki ölkə arasında onsuz da gərgin olan münasibətlərin mürəkkəbləşməsinə yol verməmək üçün Tokio əvvəllər də ehtiyatlı mövqe nümayiş etdirib və belə addımlardan çəkinib. Bununla belə, son bir ayda Çin hərbi gəmiləri və təyyarələrinin Yaponiyanın dəniz və hava məkanına müdaxilələrinin sayının kəskin artması ölkə hökumətini qəti addımlar atmağa vadar edib.
Birləşmiş Ştatlar naviqasiya azadlığı əməliyyatlarının bir hissəsi kimi müntəzəm olaraq döyüş gəmilərini Tayvan boğazı vasitəsilə göndərir ki, bu əməliyyatlara Çinin qəzəbinə baxmayaraq, İngiltərə və Avstraliya da daxil olmaqla müttəfiqləri də qoşulub.
Akqabay
-
Rəsmi xronika10:50
İlham Əliyev Ərdoğanla görüşdü - YENİLƏNDİ / FOTO
-
ABŞ10:12
Respublikaçılardan sarsıdıcı qələbə: Demokratlar Senata nəzarəti itirdi
-
MDB10:08
Xəzərin üzərində PUA vuruldu: Əhaliyə müraciət edildi
-
Sosial09:17
Kilosu 4 manata başa gələn ətlər bu məkanlara göndərilirmiş
-
ABŞ06:16
Harris səsvermə günü "telefon saxtakarlığı" edərkən TUTULDU - VİDEO
-
Magazin205:45
Bu ilin parlaq ulduzları: siyahıda kimlər var? - FOTO
-
Hadisə04:44
Xaçmazdan ACI XƏBƏR: ölənlərin sayı artdı - YENİLƏNDİ
-
Sosial03:13
Dönərlə bağlı yeni qaydalar təsdiqləndi: qiymətlər qalxacaq? - VİDEO