Fransa savaş gəmisini bölgəyə göndərir - Şok Türkiyə həmləsi
Bizi izləyin

Dünya

Fransa savaş gəmisini bölgəyə göndərir - Şok Türkiyə həmləsi

İsrailin Livana hücumları davam edir. Digər tərəfdən İranın İsrailə raket zərbələri endirməyə başlaması Qərb dövlətlərini öz vətəndaşları üçün tədbir görməyə vadar edir. Vətəndaşlarını bölgədən uzaqlaşdırmağa çalışan Fransa isə bu məsələdə Türkiyəni işarə edib.

Publika.az “TRHaber”ə istinadən xəbər verir ki, Qərb dövlətləri ümumi müharibə vəziyyətində öz vətəndaşlarını Livandan təhlükəsiz şəkildə necə çıxarmaq barədə seçimləri müzakirə edirlər. Belə bir halda Kipr və Türkiyənin on minlərlə insanı qəbul edəcəyi də təxmin edilir.

Bu barədə məlumat verən Fransa ordusunun sözçüsü bildirib ki, Livanda təxminən 20 min vətəndaşı olan Fransanın helikopter gəmisi “Dixmude” bazar ertəsi günü Tulon limanından bölgəyə yola düşüb. Həmin helikopter gəmisi önümüzdəki 5-6 gün ərzində Şərqi Aralıq dənizinə çatacaq xarici vətəndaşların Livandan çıxarılmasına qərar veriləcəyi təqdirdə mövqe tutacaq.

Çərşənbə günü Livanı tərk edəcək kommersiya təyyarəsi isə Britaniya hökuməti tərəfindən ölkəni tərk etmək istəyən Britaniya vətəndaşları üçün icarəyə götürülüb.

Britaniyanın Xarici İşlər Nazirliyinin məlumatına görə, Beyrutun Rafik Həriri hava limanından qalxacaq çarter təyyarəsinin sərnişinləri həssas vəziyyətdə olan vətəndaşlar, onların həyat yoldaşları və azyaşlı uşaqlarından ibarət olacaq.

Ancaq bu təyyarəyə minmək istəyən hər kəs 350 funt sterlinq (təxminən 790 manat) ödəniş etməli olacaq.

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Livandakı vəziyyətin qarışıq olduğunu və sürətlə pisləşə biləcəyini qeyd edib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm