İran yüzlərlə insanı havada "əsir" saxladı - 12 saatdan sonra...
Bizi izləyin

Dünya

İran yüzlərlə insanı havada "əsir" saxladı - 12 saatdan sonra...

İranın İsrailə gecə hücumundan sonra bir çox aviaşirkət reysləri müxtəlif şəhərlərdə məcburi eniş edib. Parisdən Mumbaya uçan sərnişinlər isə 12 saatlıq səfərdən sonra yenidən Parisə qayıdıblar.

Publika.az xəbər verir ki, Avropa və Şimali Amerikadan Körfəz ölkələrinə və Cənubi Asiyaya uçuşlar Türkiyənin cənub-şərqindən keçərək İran və ya İraq üzərindən davam edir.

Lakin İrandan İsrailə atılan raketlər səbəbindən İraq, İran və İordaniya hava məkanı müvəqqəti bağlanıb. Bu xaosun ən diqqətçəkən nümunəsi “Air France”ın Parisdən Mumbaya gedən “AF218” reysi olub.

Təyyarə dörd saatlıq gecikmə ilə Şarl de Qoll hava limanından havaya qalxıb, lakin İraq hava məkanını bağladıqdan sonra geri qayıdıb. Bununla da təyyarə Parisə uçuşa başlama vaxtından 12 saat sonra çatıb.

Bu uçuşdan başqa bir çox təyyarə cənub marşrutu ilə yönləndirilib və Misir vasitəsilə Səudiyyə Ərəbistanının daxili ərazilərinə uçmalı olub. Marşrutların uzun olması səbəbindən bəzi təyyarələr yanacaq doldurmalı olub və bir çox reys təyinat yerinə iki-üç saat gec gəlib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm