Dünya
ABŞ-da Kipr görüşü: Razılaşma əldə edildi
Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) və Cənubi Kipr Rum Administrasiyası liderləri ABŞ-da bir araya gəlib və tezliklə baş tutacaq növbəti görüş barədə razılaşıblar.
Publika.az xəbər verir ki, qeyri-rəsmi görüş Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin ev sahibliyi ilə baş tutub.
KKTC prezidenti Ersin Tatar Quterreşlə növbəti görüşün Türkiyə və Yunanıstanın iştirakı ilə keçirilməsinin razılaşdırıldığını bəyan edib.
Tatar həmçinin Cənubi Kiprin lideri Nikos Hristodulidis ilə Kipr adasında görüşərək yeni sərhəd qapılarının açılması məsələsini müzakirə etmək qərarına gəldiklərini və tələblərin məqbul olacağı təqdirdə bunun baş verəcəyini bildirib.
BMT-nin sözçüsü Stefan Dujarrik qeyd edib ki, görüş zamanı Quterreş iki lideri mübahisələri həll etməyə və həll yolunda irəliləyişə imkan verəcək etimadı bərpa etməyə təşviq edib.
"Liderlər tezliklə baş katibin nəzarəti altında daha geniş, qeyri-rəsmi görüş keçirməklə irəliyə doğru addımları müzakirə etmək barədə razılığa gəliblər. Onlar həmçinin yeni keçidlərin açılması imkanlarını araşdırmaq üçün Kiprdə görüşməyə razılaşıblar", - deyə sözçü vurğulayıb.
Qeyd edək ki, BMT-nin vasitəçiliyi ilə keçirilən son danışıqlar 2017-ci ildə uğursuz olub.
Roza Şəfiyeva
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...