Dünya
Bu nüvə reaktorunun 50 ildən artıq işləməsinə icazə verildi
Yaponiyanın qərbində 50 ilə yaxındır fəaliyyət göstərən nüvə reaktorunun işini davam etdirə biləcəyi qeyd olunub.
Publika.az xəbər verir ki, 1974-cü ilin noyabrında fəaliyyətə başlayan Takahama Atom Elektrik Stansiyası (NGS) gələn ay istismara verilməsinin 50 illiyini qeyd edəcək.
Yaponiya Nüvə Tənzimləmə Təşkilatı (NRA) stansiyadakı 1 nömrəli reaktorun fəaliyyətini davam etdirməsi üçün yaşıl işıq yandırıb. Müəssisə tərəfindən aparılan əlavə yoxlamada reaktorun təzyiq çəninin neytron təzyiqinə tab gətirə biləcəyi və betonun dayanıqlığını qoruya bildiyi müəyyən edilib.
Rəsmi Kyodo xəbər agentliyinin məlumatına görə, 1 nömrəli reaktor ölkədə 50 ildən artıq müddətə istismar icazəsi almış ilk reaktor kimi qeyd edilib. Sahəsi 1 kvadrat kilometr olan 4 reaktorlu atom elektrik stansiyası Yapon dənizində (Şərq dənizi) Fukui prefekturasının sahilində yerləşir.
Yaponiyadakı nüvə reaktorlarına qanuni olaraq 60 ilə qədər işləməyə icazə verilə bilər. İstismar müddəti 50 ildən çox olan nüvə obyektləri üçün təhlükəsizlik qaydalarına yenidən baxılması tələb olunur.
Aysel Şahmar
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü