ABŞ bu yolla Rusiya ilə bağlı yeni kəşfiyyat məlumatları toplayır
Bizi izləyin

Dünya

ABŞ bu yolla Rusiya ilə bağlı yeni kəşfiyyat məlumatları toplayır

ABŞ-ın kəşfiyyat təyyarəsi "Boeing RC-135V Rivet Joint" Rusiya sərhədi boyunca Kalininqrad vilayətində, İsveç Hərbi Hava Qüvvələrinə məxsus "Gulfstream IV" təyyarəsi isə Rusiya-Finlandiya sərhədi ətrafında uçur.

Publika.az xəbər verir ki, bu barədə "Flightradar" Xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing RC-135V Rivet Joint” kəşfiyyat təyyarəsi Moskva vaxtı ilə saat 05.47-də Böyük Britaniyanın Mildenhall hava limanından havaya qalxıb, Hollandiya, Almaniya, Polşa əraziləri üzərində uçub və sonra Rusiya sərhədi boyunca dövrə vurub. İndi təyyarə eyni marşrut üzrə ikinci dövrə vurur.

İsveç Hərbi Hava Qüvvələrinə məxsus "Gulfstream IV" bu səhər Linköpinq hava limanından havaya qalxıb və daha sonra Rusiya ilə sərhəddə Finlandiya üzərində uçub. İndi təyyarə dönüb və eyni marşrutla əks istiqamətdə hərəkət edir.

Qeyd edək ki, İsveç Hərbi Hava Qüvvələrinin iki "Gulfstream IV SP S102B Korpen" kəşfiyyat təyyarəsi var. Bunlar elektron kəşfiyyat aparmaq, radar sistemlərindən və digər radiasiya mənbələrindən məlumat toplamaq üçün dəyişdirilmiş biznes təyyarələridir.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm