Dünya
Zelenskinin bu şərti dünyanı şoka saldı: Ya nüvə silahı istehsal edəcəyik, ya da...
Ukrayna prezident Vladimir Zelenski Avropa Şurasının iclasından sonra keçirilən mətbuat konfransında deyib ki, Ukrayna ya nüvə silahı istehsal edəcək, ya da NATO-ya üzv olacaq.
Publika.az xəbər verir ki, Zelenskinin sözlərini Ukraynanın “Hromadske” nəşri sitat gətirib.
“Kim nüvə silahından imtina etdi? Hamı? Xeyr, yalnız Ukrayna. Bu gün kim döyüşür? Ukrayna. Donald Trampla söhbətdə ona dedim: “Çıxış yolu nədir? Ya Ukraynanın nüvə silahı olacaq - bu, bizim üçün müdafiədir - ya da bizim hansısa ittifaqımız olmalıdır”. Bu gün NATO-dan başqa heç bir təsirli ittifaq tanımırıq”, - deyə Zelenski bildirib.
Dövlət başçısı əlavə edib ki, Kiyev nüvə silahının yaradılmasını deyil, Şimali Atlantika Alyansını seçib. “İnanıram ki, Donald Tramp bu məsələdə məni eşitdi. O dedi: “Sizin ədalətli arqumentləriniz var”, - deyə Zelenski əlavə edib.
“Bild” qəzetinin analitiki Julian Röpkenin sözlərinə görə, Zelenskinin bəyanatı Qərb jurnalistləri üçün “şok” olub. Onun sözlərinə görə, bir neçə ay əvvəl yüksək rütbəli ukraynalı məmur nəşrə nüvə silahı ilə bağlı planı təsdiq edib:
“Bizim materiallarımız var, biliyimiz var. Sifariş verilsə, ilk bombanı əldə etməyimizə cəmi bir neçə həftə lazım olacaq”.
Ukrayna rəsmisi deyib ki, Qərb “Rusiyanın qırmızı xətləri haqqında daha az, bizim qırmızı xətlərimiz haqqında daha çox düşünməlidir”.
Tural
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO