Marsda qəribə kəşf: insan üzünə bənzəyən cisim aşkarlandı - FOTO
Bizi izləyin

Dünya

Marsda qəribə kəşf: insan üzünə bənzəyən cisim aşkarlandı - FOTO

NASA-nın "Perseverance" kəşfiyyat şirkəti tərəfindən Marsda çəkilən görüntü ilə insan üzünə bənzəyən qaya parçası aşkar edilib.

Publika.az xəbər verir ki, 27 sentyabr 2024-cü ildə çəkilmiş bu görüntü qayaların formalarının zamanla nə qədər yanıldıcı ola biləcəyini bir daha ortaya qoyub.

Marsın səthindəki bu qaya insan başına bənzəsə də, əslində adi bir qayadır. Bu optik illüziya "pareidoliya" kimi tanınan fenomenə əsaslanır. Bu fenomen insan beyninin tanış formaları və naxışları qavramaq meylini ehtiva edir.

Alimlər belə təsvirlərin təsadüfi forma və kölgələrin birləşməsindən yarandığını bildirirlər. Lakin insan gözünün bu cür oxşarlıqları tez fərq edə bilməsi Marsın kəşfinin həmişə maraqlı olmasını təmin edir.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm