Dünya
HƏMAS-ın yeni lideri kimdir? - DOSYE
HƏMAS lideri Yəhya Sinvarın öldürülməsindən sonra yeni liderin kim olacağı ilə bağlı suallar artıb.
Publika.az xəbər verir ki, Livanda yerləşən “LBCI” xəbər saytı yeni liderin HƏMAS-ın xaricdəki ofisinin rəhbəri Xalid Məşəl olduğunu iddia edib.
Qeyd edək ki, Məşəl 1997-ci ildə MOSSAD-ın sui-qəsd cəhdindən sağ çıxdıqdan sonra İordaniyadan deportasiya edilib. Suriyaya köçən Məşəl 2004-cü ildə Şeyx Əhməd Yasin İsrail tərəfindən öldürüldükdən sonra HƏMAS-ın siyasi lideri seçilib. O, 2004-2012-ci illərdə Suriyada qalıb. Vətəndaş müharibəsi başlayandan sonra Suriyanı tərk edərək Qətərdə məskunlaşıb.
Zamanında Qəzzada onunla HƏMAS liderləri arasında gərginlik yaşanıb. Onun güzəştə getmək cəhdləri Qəzzada HƏMAS-ın digər liderləri tərəfindən qəzəblə qarşılanıb. Məşəl gərginlikdən sonra istefa verib və 2017-ci ildə kreslosunu İsmayıl Haniyəyə ötürüb. Daha sonra o, 2021-ci ildə Fələstin diasporunda HƏMAS ofisinin rəhbəri təyin edilib.
Xatırladaq ki, HƏMAS lideri Yəhya Sinvar oktyabrın 16-da İsrailin Qəzzanın cənubunda həyata keçirdiyi hücumda ölüb.
Onun ölümündən sonra HƏMAS-ın yeni liderinin Xalid Məşəl olduğu iddiaları artıb.
Roza
-
Sosial15:55
Məşhur generallar Tağı Əhmədovun vida mərasimində görüntüləndi - FOTO
-
Sosial14:34
Ölən müəllimənin həyat yoldaşı paylaşımı ilə hər kəsi kövrəltdi - VİDEO
-
Dünya13:41
HƏMAS-ın yeni lideri kimdir? - DOSYE
-
Sosial13:00
Bədbin proqnoz: Bakı susuz qala bilər - Bütün ssenarilərə hazır olmalıyıq
-
İqtisadi gündəm12:55
Dollarla bağlı VACİB XƏBƏR: Noyabrın 3-dən sonra...
-
Magazin112:34
Efirdə qalmaqal: “Gəlin heç kimin qulluqçusu deyil” - VİDEO
-
Sosial11:34
Axar.az xəbər saytı 11 yaşını qeyd edir
-
Sosial10:44
“Nizami” stansiyasına giriş bağlandı - VİDEO