"Hizbullah"dan İsrailə cavab: Netanyahunun evinə hücum edildi
Bizi izləyin

Dünya

"Hizbullah"dan İsrailə cavab: Netanyahunun evinə hücum edildi

"Hizbullah" qüvvələri tərəfindən Livandan buraxılan pilotsuz uçuş aparatı (PUA) İsrailin şimalındakı Qeysəriyyə şəhərində baş nazir Benyamin Netanyahunun iqamətgahının yerləşdiyi əraziyə düşüb.

Publika.az xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada Livandan İsrail hava məkanına daxil olan 3 pilotsuz uçuş aparatının təsbit edildiyi və onlardan ikisinin məhv edildiyi bildirilib.

İsrail ordusu başqa PUA-nın sızma ehtimalının olmadığını iddia edib. İsrail polisinin Netanyahunun evinin ətrafına çoxlu sayda hərbçi göndərdiyi və şəhərdə bu yerə gedən yolların giriş-çıxışlarını bağladığı qeyd olunub.

Sosial mediada yayımlanan görüntülərdə Netanyahunun iqamətgahı ətrafında təhlükəsizlik üçün beton blokların və mühafizə kabinəsinin yerləşdiyi əraziyə tibbi qrupların və polisin sıx şəkildə toplaşdığı görünür.

Eyni şəkildə sosial mediada yayılan görüntüdə PUA-nın bölgədə uçan helikopterin yanından keçməsi və daha sonra hücum həyəcanı verməsi diqqət çəkir.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm