Bəşəriyyəti iqlim dəyişikliyindən bu bitki SAĞ ÇIXARACAQ - FOTO
Bizi izləyin

Dünya

Bəşəriyyəti iqlim dəyişikliyindən bu bitki SAĞ ÇIXARACAQ - FOTO

Alimlər müxtəlif noxud sortlarının quraqlığa davamlılığını qiymətləndiriblər. Onlar göstərə biliblər ki, bu məhsulu hətta şəhər yerlərində də yetişdirmək olar. Quraqlığa dözümlü olduğuna görə noxud dünyanın ərzaq təhlükəsizliyində mərkəzi yer tuta bilər.

Publika.az xəbər verir ki, tədqiqat "Plant Biotechnology Journal"da dərc olunub .

Uzun müddət davam edən quraqlıq Mərkəzi Avropada iqlim dəyişikliyi səbəbindən reallığa çevrilib və ərzaq təhlükəsizliyi üçün ciddi təhlükə yaradır. Eyni zamanda, bitkilərin genetik müxtəlifliyində azalma müşahidə olunur: dünya qida sistemi getdikcə daha homojen olur. Təxminən 7000 yeməli bitki olmasına baxmayaraq, qlobal ərzaq istehsalının üçdə ikisi onlardan doqquzuna əsaslanır. Genetik müxtəlifliyin azalması bitkilərin xəstəliklərə və zərərvericilərə qarşı həssaslığını artırır və quraqlığa və iqlim dəyişikliyinə qarşı müqaviməti azaldır.

Hazırda qlobal pəhrizin əsaslandığı bitkilər arasında noxud yoxdur. Yeni bir araşdırmada elm adamları Vyana şəhəri ərazisində çöl təcrübəsi zamanı quraqlıq şəraitində çoxlu müxtəlif noxud növləri yetişdirə biliblər. Onlar həmçinin süni intellektdən istifadə edərək ən davamlı sortları müəyyən ediblər.

“Müxtəlif sortlar və yabanı növlər davamlı quraqlıq stresi ilə mübarizə aparmaq üçün çox fərqli mexanizmlər nümayiş etdirir. Bu təbii genetik variasiya iqlim dəyişikliyi ilə mübarizə və bitkilərin sağ qalmasını təmin etmək üçün xüsusilə vacibdir. Yüksək zülal tərkibinə və quraqlığa davamlılığına görə noxud kimi paxlalı bitkilər gələcəyin qidasıdır”, - alimlər qeyd ediblər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm